07 May 2024
Bakıdakı qəzada xanımı ilə birgə ölən şəxs bu qurumun əməkdaşı imiş - FOTOLAR

Bakıdakı qəzada xanımı ilə birgə ölən şəxs bu qurumun əməkdaşı imiş - FOTOLAR

25 Avqust 2022
Baxış: 464

Ötən gün Bakı şəhəri Suraxanı rayonunda - Zığ şosesində baş vermiş dəhşətli yol qəzasında həyat yoldaşı ilə birgə vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub.

AJMEDİA.İNFO xəbər verir ki, Müşfiq Mustafayev xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Hadisə nəticəsində onun 267 saylı orta məktəbdə müəllim işləyən həyat yoldaşı Anargül Mustafayeva da dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün Zığ şosesində “Hyundai” markalı 99 TS 376 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxaraq qəzaya düşməsi nəticəsində ər-arvad hadisə yerində həlak olub.(Qafqazinfo)