15 May 2024
Bakıdakı karqo şirkətləri niyə BAĞLANIR? - "Trendyol"un Azərbaycana...

Bakıdakı karqo şirkətləri niyə BAĞLANIR? - "Trendyol"un Azərbaycana...

01 May 2023
Baxış: 488

Son illər əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da xaricdən karqo şirkətləri vasitəsilə məhsul sifariş etmək geniş yayılıb.


İnsanlar Türkiyə, Çin, Amerika və digər ölkələrdən onlayn şəkildə məhsul idxal edirlər. Lakin son vaxtlar bu bazarda da monopoliyalaşma meyli hiss olunur. Belə ki, karqo şirkətləri bir-birinin ardınca fəaliyyətlərini dayandırırlar. Bu da təbii ki, vətəndaşların seçim imkanının azalmasına təsir göstərir.


Bəs, karqo şirkətlərinin bağlanmasının səbəbi nədir?


AJMEDİA.İNFO xəbər verir ki, Bakupost.az -a daxil olan məlumata görə, buna səbəb "Trendyol"un Azərbaycana birbaşa çatdırma etməsidir:


“Bazarda 70-dən çox karqo şirkəti var. Onların əksəriyyəti Türkiyədən məhsul gətirir. Qardaş ölkədən ayda ortalama 500-600 min bağlama məhsul gətirilir. Bunun da 60 faizi “Trendyol”un payına düşür. Hazırda onlayn ticarət modeli belədir: karqo şirkətlərinin Türkiyədə anbarları var. Müştəri onların Türkyə anbarına sifariş edir, şirkətlər də həmin məhsulları bura gətirir. Amma görünən odur ki, "Trendyol" Azərbaycana birbaşa çatdırılma edəcək. Bu zaman da onun 2-3 karqo partnoyru olacaq. Nəticədə alıcılar məhsulları birbaşa Azərbaycanda istənilən ünvana sifariş edə biləcəklər", - deyə məlumatlı mənbə saytımıza bildirib.


Onun sözlərinə görə, məhsulların birbaşa Azərbaycandakı ünvanlara sifariş edilməsi digər karqo şirkətlərinin bazarda payının kəskin şəkildə azalmasına səbəb olacaq:


"Şirkətlər zərərə işləməyə başlayacaqlar. Təbii ki, zərərlə işlədikləri üçün bağlanmalar olacaq. Artıq mart ayından bu proses başlayıb. Vəziyyətdən məlumatlı olan bəzi şirkətlər obyektlərini satır və ya bağlayır”.