13 May 2024
Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü - FOTOLAR

Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü - FOTOLAR

24 İyun 2022
Baxış: 377

Bakıda Türkiyə səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Nərimanov rayonu, Albert Aqarunov küçəsində qeydə alınıb.

Türkiyə səfirliyinə məxsus “KİA” markalı, 001-D-030 dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxan “Honda İnsight” markalı taksini vurub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Əraziyə polis əməkdaşları gəlib.


(qafqazinfo)