14 May 2024
Bakıda tələbə dəm qazından zəhərlənib öldü - Ən yüksək bal toplayanlardan biri imiş...

Bakıda tələbə dəm qazından zəhərlənib öldü - Ən yüksək bal toplayanlardan biri imiş...

27 Dekabr 2021
Baxış: 669

Bakıda dəm qazı daha bir can alıb.

AJMEDİA.İNFO "Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından zəhərlənərək vəfat edib.

22 yaşlı gənc bu universitetdə MBA üzrə magistratura təhsili alırmış.

E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq, respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.

O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək, 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.

Həmçinin, 2017/2018-ci tədris ilinin yaz semestrini "Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.