15 May 2024
Bakıda Söyüdlü ilə bağlı aksiya keçiriləcək - Tarix və yer açıqlandı

Bakıda Söyüdlü ilə bağlı aksiya keçiriləcək - Tarix və yer açıqlandı

29 İyun 2023
Baxış: 509

Bir qrup müstəqil fəal Gədəbəy rayonunun Söyüdlü kəndində baş verənlərlə bağlı Bakıda etiraz aksiyası keçirəcək.
Bu barədə onlar sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Bildirilib ki, aksiya iyulun 2-i saat 15:00-da Bakının Fəvvarələr Meydanında baş tutacaq.
Qeyd edək ki, iyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlərlə polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda və daha sonra kənd sakinlərindən saxlanılanlar və cərimələnənlər olub.
Artıq 8 gündür ki, kəndə giriş polis əməkdaşları tərəfindən məhdudlaşdırılıb.
Baş nazir Əli Əsədov mövcud göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.yeniavaz.com