14 May 2024
Bakıda psixi problemləri olan qız “TikTok”da tanış olduğu oğlana görə Türkiyəyə qaçdı - VİDEO

Bakıda psixi problemləri olan qız “TikTok”da tanış olduğu oğlana görə Türkiyəyə qaçdı - VİDEO

18 Yanvar 2024
Baxış: 313

Azərbaycanlı qız Taner Engin Demir adlı şəxsə görə evdən qaçaraq Türkiyəyə gedib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə evdən qaçan Seyidxanım Əlifxanova adlı qızın anası “Səni axtarıram” verilişində danışıb.

O, qızının ikinci qrup əlil olduğunu, psixi problemlərdən əziyyət çəkdiyini bildirib. Ananın sözlərinə görə, qızı ilə Türkiyə vətəndaşı “TikTok” sosial şəbəkəsində tanış olublar.

Ana, həmçinin bildirib ki, Seyidxanım evdən 2 500 manat pul və sənədlərini götürərək sərhədi keçib. Onun ağır dərəcəli nitq və davranış pozğunluğu olduğunu təsdiq edən sənəd də verilişdə təqdim edilib.