12 May 2024
Bakıda polis əməkdaşı faciəvi şəkildə öldü - SON DƏQİQƏ

Bakıda polis əməkdaşı faciəvi şəkildə öldü - SON DƏQİQƏ

17 Dekabr 2021
Baxış: 683

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi "KİA” markalı avtomobillə dairədə "MAN” markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır.

Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.