14 May 2024
Bakıda hoteldə YANĞIN - ANBAAN VİDEO

Bakıda hoteldə YANĞIN - ANBAAN VİDEO

05 Yanvar 2024
Baxış: 467

Bakının Nəsimi rayonu, “Mərdanov qardaşları” küçəsində yerləşən üçmərtəbəli hotelin birinci mərtəbəsində yanğın baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın hotelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasından başlayıb. Tüstü bacasında yağ qalıqları yanıb. Yanğının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.