15 May 2024
Bakıda gənc qızın başına binadan daş düşdü - VİDEO

Bakıda gənc qızın başına binadan daş düşdü - VİDEO

17 Noyabr 2021
Baxış: 499

Bakıda 20 yaşlı qızın başına damdan daş düşüb, həkimlər 18 tikiş qoyublar.

AJMEDİA.İNFO-nun "Xəzər Xəbər"ə istinadən məlumatına görə, hadisə noyabrın 10-u paytaxtın mərkəzi küçələrindən birində baş verib.

Rəfiqələri ilə "Tarqovı"kimi tanınan ərazidə gəzən Diana Şıxəliyeva İslam Səfərli küçəsində yerləşən mağazanın qarşısından keçərkən ordakı binanın damından başına daş düşüb. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılan qızın başına həkimlər tikiş qoyublar.

Diananın anası deyir ki, həmin gün hava küləkli olduğundan üçmərtəbəli yaşayış binasının damından qopan daş qızının başına düşüb. Zərbənin nəticəsində, hətta ərazidə olan maşın da əzilib.

Xəstəxanada qalmaq istəməyən Diana hazırda müalicəsini evdə davam etdirir. Səhhəti isə tam normallaşmayıb.

Qeyd edək ki, bu gün Səbail Rayon Prokurorluğunun əməkdaşı hadisə ilə əlaqədar olaraq ailədə olub, zərərçəkmişin ərizəsini götürüblər.