14 May 2024
Bakıda faciəli şəkildə ölən qızlar bu nazirliyin VƏZİFƏLİ ŞƏXSİNİN ÖVLADLARIDIR

Bakıda faciəli şəkildə ölən qızlar bu nazirliyin VƏZİFƏLİ ŞƏXSİNİN ÖVLADLARIDIR

21 İyul 2022
Baxış: 740

Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.


Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır. (Report)