08 May 2024
Bakıda bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Bakıda bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

18 Oktyabr 2021
Baxış: 430

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə AJMEDİA.İNFO-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.