Bakının bu ərazilərində QAZ OLMAYACAQ
12 saat əvvəlBakıda bir qrup sakin yolu bağladı: Su qrafikinə dəyişiklik edildi - VİDEO
17 İyul 2022
Baxış: 359
Dünən səhər saatlarında bir qrup sakin Bakı-Şamaxı yolunu bağlayıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
AJMEDİA.İNFO xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yolun bağlanması qısa müddət çəkib:
“Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qısa müddət ərzində həmin yolda hərəkəti bərpa ediblər”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, 28 May qəsəbə sakinləri ASC-yə su təchizatının qrafikinin artırılması barədə müraciət ediblər:
“Həmin əraziyə 28 May nasos stansiyasından bir gündən bir su verilir. Artıq qrafik dəyişdirilib, qəsəbə gündəlik su ilə təmin ediləcək”.