12 May 2024
Bakıda ailəsini qətlə yetirən şəxsin taksi kimi sürdüyü maşının görüntüləri - VİDEO

Bakıda ailəsini qətlə yetirən şəxsin taksi kimi sürdüyü maşının görüntüləri - VİDEO

14 Fevral 2024
Baxış: 479

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun avtomobilinin görüntüləri yayılıb.

AJMEDİA.İNFO Baku TV-yə istinadən xəbər verir ki, avtomobil onun atasına məxsus olub. Lakin o, həmin maşınla taksi fəaliyyəti ilə məşğul olub.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Ətraflı videonu təqdim edirik:Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.