04 İyul 2024
Bakıda 2 yaşlı uşaq FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Bakıda 2 yaşlı uşaq FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

10 İyun 2024
Baxış: 247

Bakıda 2 yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza Dinar oğlu İmanov yaşadıqları binanın 6-cı mərtəbəsindən yıxılaraq “Kia Carnival” markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Məlumata görə, o, döşəmə səviyyəsində olan pəncərənin qoruyucu toruna toxunub və həmin torun yerindən çıxması səbəbindən yıxılıb.

Bildirilib ki, hadisə vaxtı uşaq otaqda tək olub və diqqətsizlik səbəbindən pəncərədən düşüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)