15 May 2024
Bakı Zooparkı tarixində ilk - FOTOLAR

Bakı Zooparkı tarixində ilk - FOTOLAR

13 İyun 2022
Baxış: 796

Bakı Zooloji Parkının tarixində ilk dəfə pələng balası dünyaya gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva instaqram hesabında paylaşım edib.

O qeyd edib ki, pələng ilində dünyaya gələn dişi pələng balasına Nur adı verilib: “Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb. Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq”, - Leyla Əliyeva qeyd edib.

Xatırladaq ki, əsaslı təmirdən çıxan Bakı Zooloji Parkında ötən il şir balası doğulmuşdu.