14 May 2024
Bakı Şəhər İcra Hakimiyyətindən paytaxtda küləyin aşırdığı ağaclarla bağlı AÇIQLAMA - FOTO

Bakı Şəhər İcra Hakimiyyətindən paytaxtda küləyin aşırdığı ağaclarla bağlı AÇIQLAMA - FOTO

10 Noyabr 2021
Baxış: 596

Güclü külək Nərimanov rayonu ərazisində ağacları aşırıb.

AJMEDİA.İNFO xəbər verir ki, rayonun Ceyhun Hacıbəyli küçəsindəki poliklinikanın yaxınlığında irigövdəli ağac aşaraq piyadaların yolunu kəsib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, güclü külək səbəbindən paytaxtda müxtəlif ünvanlarda ümumilikdə 25 ağac aşıb.

Qeyd edilib ki, hazırda aşan ağacların küçələrdən təmizlənməsi ilə bağlı əməkdaşlar tərəfindən tədbirlər görülür.