15 May 2024
Bakı həbsxanasında DƏLƏDUZLUQ: Məhkum yoldaşından 23 min aldı

Bakı həbsxanasında DƏLƏDUZLUQ: Məhkum yoldaşından 23 min aldı

04 Aprel 2023
Baxış: 498

Həbs qətimkan tədbirinin ləğvinə kömək etmək adı ilə vətəndaşın pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanıb.

Bu barədə AJMEDİA.İNFO-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı Mirafiq Bəşirovun 2022-ci ilin mart ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında onunla birgə saxlanılan şəxsin yaxınlarına yüksək vəzifədə işləyən tanışları vasitəsilə onun həbsdən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməsinə, bu yolla da həmin şəxsləri rüşvət verməyə təhrik etməklə 23.000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Mirafiq Bəşirova Cinayət Məcəlləsinin 32.4, 312.1 və (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.