14 May 2024
AzTV-nin əməkdaşına Prezident Administrasiyasında VƏZİFƏ VERİLDİ - FOTO

AzTV-nin əməkdaşına Prezident Administrasiyasında VƏZİFƏ VERİLDİ - FOTO

01 Fevral 2022
Baxış: 612

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı Tural Məmmədov Prezident Administrasiyasının mətbuat xidmətinə təyin olunub.

AJMEDİA.İNFO konkret.az-a istinadla xəbər verir ki, o, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, peşəkar televiziya jurnalisti kimi tanınan Tural Məmmədovun atası tanınmış jurnalist Əhməd Qədiroğludur. O, uzun müddət AzTV-nin Gəncə üzrə xüsusi müxbiri işləyib.