14 May 2024
AzTV-nin aparıcısına nazirlikdə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

AzTV-nin aparıcısına nazirlikdə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

01 Avqust 2022
Baxış: 448

Teleaparıcı Tural Orucov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) vəzifə alıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev feysbukda bildirib.

Onun sözlərinə görə, T. Orucov RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, T. Orucov uzun illər “Azərbaycan Televiziyası” QSC-də çalışıb. Aparıcı, həmçinin İnformasiya proqramları studiyasının redaktoru vəzifəsini icra edirdi. T. Orucov bu gün işindən ayrıldığını açıqlayıb.

AzTV-nin aparıcısına nazirlikdə vəzifə verildi