08 May 2024
Azərbaycanlıların etirazları NƏTİCƏ VERDİ - Sülhməramlıbaşı Volkov GÖRÜŞƏ GƏLİR

Azərbaycanlıların etirazları NƏTİCƏ VERDİ - Sülhməramlıbaşı Volkov GÖRÜŞƏ GƏLİR

12 Dekabr 2022
Baxış: 681

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin aksiya keçirdiyi əraziyə gəlməsi gözlənilir.

AJMEDİA.İNFO bildirir ki, bu barədə jurnalist Niyaz Niftiyev məlumat verib.

O, həmçinin bildirib ki, aksiyanın keçirildiyi ərazidə Rusiya sülhməramlı kontingentinin hərbi texnika və canlı qüvvəsinin sayı bir az da artırılıb.

Jurnalist qeyd edib ki, aksiya başlayandan bəri Laçın-Şuşa yolu ilə heç bir avtomobilin keçməsinə imkan verməyib.