15 May 2024
Azərbaycanlı polis rəisi RÜŞVƏTƏ GÖRƏ TUTULDU - FOTO

Azərbaycanlı polis rəisi RÜŞVƏTƏ GÖRƏ TUTULDU - FOTO

09 Noyabr 2023
Baxış: 639

Dağıstan Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi Rüfət İsmayılovun evində və iş otağında axtarış aparılıb.

AJMEDİA.İNFO Rusiya KİV-ə istinadla bildirir ki, onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının səbəbi hələlik açıqlanmayıb. Lakin onun rüşvətxorluqda şübhəli bilindiyi deyilir.

Qeyd edək ki, teleqram kanallarında İsmayılovun müavini Dalqat Abdulqapurovla birlikdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən dindirilmək üçün Moskvaya aparıldığı barədə məlumat yayılıb.

Xatırladaq ki, İsmayılov Dərbənddə anadan olub və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasını bitirib. Daha sonra Dərbənd Şəhər Daxili İşlər Şöbəsinin istintaq işi üzrə rəis müavini vəzifəsində çalışıb. Rüfət İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bir neçə ay bu vəzifədə çalışıb.

Məlumata görə, İsmayılov Dərbənd Azərbaycan diasporunun nüfuzlu simalarından olan hakim Hikmət İsmayılovun oğludur.

Fotoda:Rüfət İsmayılov

(Lent.az)