09 May 2024
Azərbaycanlı "Instagram" söhbətinə görə Türkiyədə QƏTL TÖRƏTDİ

Azərbaycanlı "Instagram" söhbətinə görə Türkiyədə QƏTL TÖRƏTDİ

21 Dekabr 2021
Baxış: 538

Türkiyənin İstanbul şəhərində azərbaycanlı Nəbi B. adlı şəxs mübahisə zəminində qətl törədib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə dekabrın 16-da qeydə alınıb.

Belə ki, Yasin Semih Demirok adlı şəxs sevgilisinin instaqram hesabında Nəbinin adının axtarış bölməsində olduğunu görüb. Sevgilisini qısqanan Yasin, bundan sonra Nəbi ilə özü yazışmaya başlayıb. Nəticədə tərəflər parkda görüşüblər. Bu zaman Yasin iki dostu ilə gəlib.

Mübahisə anında Türkiyə vətəndaşı dostlarından aralaşmasını istəyib. Mübahisənin davamında isə Nəbi silahla Yasini sinəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nəbi isə hadisə yerindən qaçıb.

Məlumata görə, Azərbaycan vətəndaşı Türkiyədə qadın bərbəri kimi fəaliyyət göstərirmiş. Polis hadisə yerindən qaçan Nəbini axtarır.