01 May 2024
Azərbaycanlı gənc Rusiyada iş adamını QƏTLƏ YETİRDİ

Azərbaycanlı gənc Rusiyada iş adamını QƏTLƏ YETİRDİ

10 Avqust 2021
Baxış: 648

Rusiyada 30 yaşlı Cəmil Abdullayev qətldə şübhəli bilinərək saxlanılıb.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, o, Rusiyanın Voronej şəhərində törədilən qətldə ittiham olunur.

Məlumata görə, C.Abdullayev Voronejdə bir iş adamını döyərək öldürüb. Daha sonra onun meyitini palaza bükərək maşınına qoyub. Cəmil dərhal Voroneji tərk edib. Ancaq o, Moskvaya gedərkən yolda saxlanılıb.

Bildirilir ki, Abdullayev həmin iş adamını öldürdükdən sonra qarət edibmiş.

O, mərhumun üzərindən 5 milyon rublu (təxminən 117 min manat) götürərək aradan çıxıb.