14 May 2024
Azərbaycanlı gənc ABŞ-da qətlə yetirildi - Hadisə yerindən VİDEO

Azərbaycanlı gənc ABŞ-da qətlə yetirildi - Hadisə yerindən VİDEO

21 Dekabr 2021
Baxış: 522

Azərbaycanlı gənc ABŞ-da qətlə yetirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, hadisə ötən gün Çikaqoda baş verib.

İddia edilib ki, həmyerlimiz Qurban Bağırov avtomobil idarə edərkən digər sürücü ilə aralarında yaranan mübahisə zamanı güllələnib.

Hadisəni törədən şəxs ondan yol istəyən azərbaycanlı gəncə atəş açıb.

ABŞ-ın “CBS Chicago” telekanalı hadisə ilə bağlı reportaj hazırlayıb.

Reportajda hadisənin baş vermə səbəbləri haqqında məlumat verilib, qətlin törədildiyi yer və azərbaycanlı gəncə məxsus avtomobilin görüntüləri yayımlanıb.

Həmin görüntüləri təqdim edirik: