14 May 2024
Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətləndirilməsi - ŞƏRH

Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətləndirilməsi - ŞƏRH

07 Oktyabr 2022
Baxış: 406

Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə quralan Praqada 6 oktyabr tarixində 44 ölkənin iştirakı ilə “ Avropa Siyasi Birliyinin” sammiti baş tutdu.


Bu sammitdə Avropa Birliyi dövlətlərindən başqa birliyə daxil olmayan ölkələr də iştirak etdi. Azərbaycan, Ermənistan, Türkiyə, Fransa dövlət başçıları Azərbaycan və Ermənistan arasında sülh prosesinin nəticə verməsi haqqında müzakirələr apardılar. Onu da qeyd etmək lazımdır ki, rmənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər. Beləliklə də hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımış olub. Danışıqların indiki dövrdə baş tutması Azərbaycanın lehinədir. Türkiyə-Rusiya yaxınlaşması və Rusiyanın Ukraynada gücdən düşməsi ilə Azərbaycan üçün əlverişli situasiya yaradıb. Lakin, Ermənistan tərəfi də bu müddət ərzində fəaliyyətsiz qalmadı. Amerikanın, Fransanın və Hindistanın dəstəyini aldı. Ermənistan tərəfi danışıqların vaxtını uzadaraq situsasiyanın dəyişməsini gözləyirdi.
Sülh danışıqlarının sürətləndiyini deyə bilərik ancaq bunun tez nəticə verməyi real görsənmir. Rusiya faktoru burada özünü göstərəcək. Rusiyanın sülh prosesindən kənarda qalmayacağı real görsənir. Bundan başqa Qarabağda rus sülhməramlılarının olması da sülh danışıqlarının uzanmasında aparıcı faktordur.


Cənubi Qafqazda 30 ildir ki, sülh yoxdur. Qərb ilə Rusiya arasında olan qarşıdurma Azərbaycanın maraqlarına cavab verir. Rusiyanın Qərb enerji bazarından çıxması alternativ enerjili oyunçu kimi Azərbaycanın strateji dəyərini Avropa nəzdində xeyli artırıb. Azərbaycan da bundan istifadə edərək sülh müqaviləsinin imzalanmasını sürətləndirmək istəyir. Ermənistanın sülh prosesi zamanı əsas hədəflərdən yayınacağı ehtimalı yüksəkdir. Bu isə onun Rusiyadan asılılığına görədir.


İndiki məqamda Cənubi Qafqazda olan böyük oyunçuların geosiyasi vəziyyətindən asılı olaraq gələcəkdə proseslərin necə olacağı formalaşacaq. Siyasətdə hər şey olmasa da bəzi proseslər spontan olaraq baş verir. İranda, Rusiyada, Ukraynada baş verən toqquşmalar başqa dövlətlərə də keçə bilər. Qeyd edə bilərik ki, Serbiya-Kosova, Türkiyə-Yunanıstan toqquşması baş verə bilər.

Rüstəm Tağızadə, politoloq

AJMEDİA.İNFO