14 May 2024
Azərbaycanın xarici ölkədən aldığı bəzi yeyinti məhsullarının dəyəri azalıb - SİYAHI

Azərbaycanın xarici ölkədən aldığı bəzi yeyinti məhsullarının dəyəri azalıb - SİYAHI

21 Dekabr 2021
Baxış: 510

Azərbaycanın 2021-ci ilin 11 ayında idxal etdiyi əsas yeyinti məhsullarının həcmi və dəyəri məlum olub.

AJMEDiA.İNFO Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində 1 701 619 960 dollar dəyərində yeyinti məhsulu idxal edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalına çəkilən xərc 238 517 370 dollar və ya 16,3 faiz çox olub.

Əsas idxal edilən yeyinti məhsullarından buğdanın payı yüksək olub. Həmin məhsulların idxal həcmi və dəyəri aşağıdakı kimidir:

Ət - 26 303,9 ton həcmində (ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz az) və 62 193 300 dollar dəyərində (ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz az);

Süd - 9 856,7 ton (9,5 faiz çox) və 12 958 600 dollar dəyərində (11,6 faiz az);

Kərə yağı və süddən hazırlanmış digər yağlar - 13 480,2 ton həcmində (9,5 faiz az) və 70 111 800 dollar dəyərində (4,3 faiz az);

Meyvə-tərəvəz - 356 464,7 ton həcmində (15,6 faiz çox) və 196 166 300 dəyərində (12,6 faiz çox);

Çay - 12 669,2 ton (3,3 faiz çox) və 55 545 800 dollar dəyərində (11,9 faiz az);.

Buğda - 1 017 503 ton həcmində (17 faiz az) və 287 557 600 dollar dəyərində (9,5 faiz çox);

Arpa - 15 539,5 ton həcmində və 3 801 200 dollar dəyərində;

Qarğıdalı - 22 483,4 ton həcmində və 9 849 700 dollar dəyərində;

Düyü - 43 824,5 ton həcmində (15,3 faiz az) və 31 760 800 dollar dəyərində (10,4 az);

Bitki və heyvan mənşəli piylər və yağlar - 135 984,9 ton (9,8 faiz az) və 190 736 600 dollar dəyərində (32,1 faiz çox);

Ötən ilin arpa və qarğıdalı məhsulu ölkənin ən çox idxal etdiyi yeyinti məhsullarının siyahısında olmayıb. 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Azərbaycanın idxal etdiyi ət, süd, meyvə-tərəvəzin 1 tonu üçün çəkilən xərc azalıb, kərə yağı, süddən hazırlanmış digər yağlar, çay, buğda, düyü, bitki, heyvan mənşəli piy və yağların 1 tonu üçün sərf edilən vəsait isə artıb.