15 May 2024
Azərbaycanın Xalq artisti ölümdən döndü: "Deyirdilər ki, pul xərcləməyə dəyməz" - FOTOLAR

Azərbaycanın Xalq artisti ölümdən döndü: "Deyirdilər ki, pul xərcləməyə dəyməz" - FOTOLAR

10 Avqust 2022
Baxış: 824

Azərbaycanın Xalq artisti, aktyor Ramiz Novruzun qızı Şəfəq Novruz atasının səhhəti ilə bağlı paylaşım edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, aktyorun qızı bildirib ki, atasının səhhəti artıq yaxşılaşıb.

O, öz sosial şəbəkə hesabında Xalq artistinin şəkillərini paylaşaraq yazıb:


"Məndən atamı çox soruşursunuz, Şükür, dualarımız öncə Allahın, sonra isə Heydər Əliyev fondunun köməkliyi ilə yerinə yetdi. Təşəkkürümü bilmirəm necə bildirim. Şəkildə gördüyünüz dəyərli həkim Altay Əliyevdir, atamı yenidən bizə bağışlayan insandır. Bizim çəkdiklərimizi heç kim bilmədi. Atamın xəstəliyi ilə bağlı xəbərləri eşidəndə özüm belə "Instagram"a yansıtmadım. Heydər Əliyev fondu bizi düzgün ünvana yönəltdi. Maddi olaraq yox, mənəvi çox aciz və əlacsız bir vəziyyətdə idik. Niyə aciz və əlacsız? Bizə bəzi həkimlər çox üzücü bir xəstəlik tarixçəsi demişdi. Hətta pul xərcləməyə belə dəyməz, gözləyin, nə qədər yaşayar, yaşayar dedilər. Bəzən pul belə insana kömək etməyə bilər..."

(Sfera.az)