14 May 2024
Azərbaycanın tanınmış yəhudi əsilli hüquq müdafiəçisi Avraam Berman Azərbaycan xalqını təbrik edib

Azərbaycanın tanınmış yəhudi əsilli hüquq müdafiəçisi Avraam Berman Azərbaycan xalqını təbrik edib

31 Dekabr 2023
Baxış: 466

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi qərara alınıb. Bununla bağlı qanunvericilik aktının qəbul edilməsi üçün Ali Məclis ölkə parlamentinə - Ali Şuraya müraciət göndərib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında qanun qəbul edib.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq hisslərini təcəssüm etdirir.

Bu gün dövlətin hüquq siyasəti, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsi, daha mütəşəkkil formada konsolidasiyası prosesi yeni mərhələyə qədəm qoyub. Dünya azərbaycanlıları bu gün yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi, hüquqi və mədəni həyatında daha fəal rol oynayır.

Magen David İnsan Hüquqlarının Müdafiə Mərkəzi adından, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Ölkəmizə və xalqımıza daim əmin-amanlıq, sağlamlıq və firavanlıq arzulayırıq!

.

Avraam Bertman