01 May 2024
Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəlib

Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəlib

07 Sentyabr 2021
Baxış: 378

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında stolüstü tennis üzrə Azərbaycan yığması mübarizəyə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, ilk yarış günündə kişilərdən ibarət milli üzvləri 3 görüşə çıxıb. 2-ci qrupda yer alan kollektiv ilk görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib. Növbəti görüşdə yığma Rusiyaya eyni hesabla uduzsa da, daha sonra Ermənistanı yenməyi bacarıb - 3:1.

Qızlardan ibarət komanda isə 2 oyun keçirib. İlk görüşündə Belarusa 0:3 hesabı ilə uduzan yığma ikinci matçda Qırğızıstana eyni hesabla qalib gəlib.