14 May 2024
“Azərbaycanın Qırmızı bazar-Şuşa yolundan istifadəsi çox çəkməyəcək” – Separatçıdan SƏRSƏM AÇIQLAMA

“Azərbaycanın Qırmızı bazar-Şuşa yolundan istifadəsi çox çəkməyəcək” – Separatçıdan SƏRSƏM AÇIQLAMA

01 İyul 2021
Baxış: 704

Erməni separatçılarının daxili auditoriyanı sakitləşdirməyə yönəlik sərsəm açıqlamaları davam edir.

AJMEDİA.İNFO “Sputnik Armenia”ya istinadən xəbər verir ki, növbəti açıqlama ilə separatçılardan biri Artak Beqlaryan çıxış edib.

O bildirib ki, Azərbaycan tərəfi bir müddət Karmir (İrəvan ətrafında Blur təpəsində yerləşir) – Qırmızı bazar – Şuşa yolundan istifadə edəcək, lakin bu çox çəkməyəcək.

Separatçını deyib ki, zaman-zaman Azərbaycan və Ermənistan hərbçiləri ilə insident yaşanır, lakin böyük toqquşmaların baş verməsinin qarşısını almaq üçün Rusiya sülhməramlı kontingenti tərəfindən iş aparılır.

Beqlaryanın bu açıqlaması Azərbaycan Silahlı Qüvvələrinin Şuşaya aparan yollara nəzarəti tam həyata keçirdiyini bir daha sübuta yetirir. Erməninin guya “Azərbaycanın Qırmızı bazar – Şuşa yolundan istifadəsi çok çəkməyəcək” kimi sərsəm açıqlaması isə yalnız və yalnız təsəllli xarakterlidir, üstəlik erməniləri sakitləşdirməyə yönəlik bir fikirlərdir.(konkret.az)