14 May 2024
Azərbaycanın fiqurlu konkisürəni: "Pekin olimpiadasına səylə hazırlaşırıq"

Azərbaycanın fiqurlu konkisürəni: "Pekin olimpiadasına səylə hazırlaşırıq"

18 Yanvar 2022
Baxış: 494

"Mən artıq 2020-ci ildə Lozanna şəhərində baş tutan yeniyetmələr arasında Qış Olimpiya Oyunlarında Azərbaycanın adından çıxış etmişəm".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edəcək fiqurlu konkisürən Yekaterina Ryabova deyib.

O, həmkarı Vladimir Litvintsevlə birlikdə olimpiadada iştirak edəcəkləri üçün çox şad olduqlarını bildirib: "Səylə Oyunlara hazırlaşırıq. Bu gün biz də Azərbaycanın Qış Olimpiya Oyunlarındakı rəsmi forması ilə tanış olduq. Hamıya uğurlar və möhkəm cansağlığı arzulayırıq".