12 May 2024
“Azərbaycandan yanacaq tədarükü üçün kömək istəyirik” - Ukraynalı deputat

“Azərbaycandan yanacaq tədarükü üçün kömək istəyirik” - Ukraynalı deputat

03 Mart 2022
Baxış: 555

"İstənilən danışıqlar insan itkisindən daha yaxşıdır".

Ukraynalı deputat, Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin sədri Daniil Getmantsev Oxu.az-a açıqlamasında belə deyib:

"Danışıqlar nəticəsi nə olmasından asılı olmayaraq, müsbət bir prosesdir. Bəli, hazırda Ukrayna və Rusiyanın mövqeləri ciddi şəkildə fərqlidir. Ancaq danışıqlar həm də ona görə lazımdır ki, mövqeləri yaxınlaşdırmağa imkan versin".

- Dünya ölkələri Ukraynaya yardım edir. Azərbaycan humanitar yardım göndərib, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri təcili tibbi yardım maşınlarını və xilasetmə xidmətlərinin nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin edir...

- Bəli doğrudur. Və bizim Azərbaycanın yanacağına çox ehtiyacımız var. Bu indi “ölkəmizin qanı” deməkdir. Azərbaycan yanacağı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Biz Azərbaycandan çox xahiş edirik ki, bu məsələdə bizə kömək etsin. Bundan əlavə, Ukraynanın, əlbəttə ki, dərmanlara, qidaya ehtiyacı var, amma ilk növbədə, bir daha təkrar edirəm, əsas ehtiyacımız yanacağa - benzin və dizeldir. Əvvəllər biz bu məsələdə daha çox Belarusa güvənirdik. İndi aydın oldu ki, bu bazar bizim üçün bağlıdır və bizə alternativ lazımdır. (kanal.az)