30 Aprel 2024
Azərbaycandan İrana uçuşlar ləğv olunub? - RƏSMİ CAVAB

Azərbaycandan İrana uçuşlar ləğv olunub? - RƏSMİ CAVAB

05 İyun 2023
Baxış: 265

Sosial şəbəkələrdə Azərbaycandan İrana uçuşların ləğv olunması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu istiqamətdə bütün təyyarə reysləri ötən gündən bəri ləğv olunub.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı AZAL-ın Mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumdan reyslərin ləğv olunmadığı bildirilib: "İrana uçuşlar adi qaydada həyata keçirilir".

Qeyd edək ki, hazırda Azərbaycandan İrana AZAL və “Buta Airways” ilə onlayn bilet almaq mümkün deyil. Saytda açılan pəncərədə bu istiqamətdə biletlərin olmadığı bildirilir.