13 May 2024
Azərbaycandakı Yəhudi İcmalarından Şuşa Bəyannaməsi ilə bağlı BİRGƏ BƏYANAT - FOTO
Azərbaycandakı Yəhudi İcmalarından Şuşa Bəyannaməsi ilə bağlı BİRGƏ BƏYANAT - FOTO

Azərbaycandakı Yəhudi İcmalarından Şuşa Bəyannaməsi ilə bağlı BİRGƏ BƏYANAT - FOTO

21 İyun 2021
Baxış: 879

Azərbaycandakı Yəhudi İcmaları birgə bəyanat yayıblar.

AJMEDİA.info xəbər verir ki, birgə Bəyanatda Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinə tam dəstək verildiyi qeyd edilib. İcmaların Bəyanatında həmçinin Zəngəzur dəhlizinin açılması məmnunluqla qarşılanıb və yəhudi xalqının Azərbaycanı öz vətənləri hesab etdikləri, 44 günlük müharibədə yəhudilərin də iştirak etməklə öz vətəndaşlıq borclarını yerinə yetirdikləri vurğulanıb.

Birgə bəyanatın tam mətnini təqdim edirik:

"Biz – Azərbaycan Yəhudiləri, əsrlər boyu bu ölkədə sülh, əmin-amanlıq, rifah şəraitində yaşamış və Azərbaycanı öz doğma vətənimiz hesab edirik. Bunun bariz nümunəsi bizim övladlarımızın 44 günlük Vətən Müharibəsində, o cümlədən əziz Şuşa şəhərinin azad olunmasında yaxından iştirak etməklə öz vətənləri qarşısında oğulluq borclarını yerinə yetirmişlər. Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi önəm kəsb edir və iki dost və qardaş ölkə arasındakı münasibətləri strateji cəhətdən ən yüksək zirvəyə çatdırır. Şuşa Bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir və tərəfimizdən dəstəklənir. Eyni zamanda, Cənubi Qafqaz bölgəsində iqtisadi əlaqələrə və ümumilikdə daha geniş miqyasda iqtisadi inteqrasiyaya böyük töhfə verəcək Zəngəzur dəhlizinin açılmasını alqışlayırıq. Biz – Azərbaycan Yəhudiləri Azərbaycanın əzəli mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyətini bir daha vurğulayır və bu müttəfiqlikdə Azərbaycan dövlətinin yanında olduğumuzu bəyan edirik.

Bakı, 21.06.2021

Milix Yevdayev - Dağ Yəhudiləri Bakı Dini icmasının sədri

Aleksandr Şarovski - Avropa Yəhudiləri Bakı Dini icmasının sədri

Zamir İsayev - Gürcü Yəhudiləri Bakı Dini icmasının sədri"