15 May 2024
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

03 Noyabr 2023
Baxış: 673

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinə yeni rəhbər təyinatı olub.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, bu vəzifəyə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov gətirilib.

O, artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, İ.Kubışov bu təyinatadək Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib.

Xatırladaq ki, bundan əvvəl Gəncə Dövlət Regional Kollecinin rəhbəri işləmiş Fəxrəddin Zeynalov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.