10 May 2024
Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

08 Aprel 2024
Baxış: 337

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov işdən azad edilib.

Bu barədə AJMEDİA.İNFO-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçiriblər. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə 4 aprel 2024-cü il tarixli əmrlə Kollecin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.