12 May 2024
Azərbaycanda yəhudilərə qarşı dövlət və ictimaiyyət münasibətləri Nəsimi Əbilov

Azərbaycanda yəhudilərə qarşı dövlət və ictimaiyyət münasibətləri Nəsimi Əbilov

15 Noyabr 2021
Baxış: 812

Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, Gəncə, Yevlax şəhərləri və bir sıra rayonlarında yaşayırlar. Qubadakı “Qırmızı qəsəbə” dünyada dağ yəhudilərinin sayına görə ən sıx məskunlaşılan ərazidir.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycanda yəhudilərə qarşı dövlət və ictimaiyyət münasibətlərinə Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri Nəsimi Əbilov şərh bildirərək " Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Bizim coğrafiyada Azərbaycan türkləri ilə yəhudilərin bir yerdə yaşamaq tarixi yüzilliklər öncə mövcud olmuş Alban dövlətinə qədər uzanır. Bu torpaq bu gün də tolerantlıq və dini dözümlülük nümayiş etdirir. Azərbaycan tolerantlığının parlaq nümunələrindən biri də bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət bəslənməsidir."

Mərkəzin rəhbəri, Azərbaycanda yəhudilərə olan münasibətin, habelə dövlətin xüsusi qayğısının Azərbaycan rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinin göstərici olduğunu xüsusi vurğulayıb. Onun sozlərinə görə ölkədə ictimaiyyətin yəhudilərə olan isti münasibətlərini və son zamanlar sosial şəbəkə istifadəçilərinin yəhudilərə qarşı musbət fikir aktivliyini yüksək dəyərləndirib.


Azərbaycan Yəhudi Media Mərkəzi

Sevinc Əzimova