14 May 2024
Azərbaycanda vəzifəli şəxslər CƏRİMƏLƏNDİ - FOTO

Azərbaycanda vəzifəli şəxslər CƏRİMƏLƏNDİ - FOTO

21 İyul 2023
Baxış: 419

Balakəndə vəzifəli şəxslər cərimələnib.

Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı rayonun Qaysa, Yeni Şərif və Şambul kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

Aşkar olunan faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

Həmçinin, çirkləndirilmiş ərazilərin tullantılardan təmizlənməsi təmin edilib.