08 May 2024
Azərbaycanda vaksin vurdurmayan tələbələr universitetlərə buraxılmayacaq – RƏSMİ

Azərbaycanda vaksin vurdurmayan tələbələr universitetlərə buraxılmayacaq – RƏSMİ

18 Avqust 2021
Baxış: 803

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ali təhsil müəssisələrinə vaksinasiya ilə bağlı xəbərdarlıq edib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə yeniavaz-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Qeyd olunub ki, bununla bağlı universitetlərə bildiriş göndərilib:

Bildirişdə deyilir:

“Hörmətli vergi ödəyicisi!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 iyul 2021-ci il tarixli, 229 nömrəli Qərarına asasən

– 2021-ci ilin 1 sentyabr tarixindən etibarən əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq işçilərinizin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarxindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması;

– 2021-ci ilin 1 sentyabr tarixindən etibarən müəssisənizdə təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportuna malik olması tələbləri müəyyən edilmişdir.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.