08 May 2024
Azərbaycanda "TikTok" nə zaman açılacaq? - RƏSMİ CAVAB

Azərbaycanda "TikTok" nə zaman açılacaq? - RƏSMİ CAVAB

25 Sentyabr 2023
Baxış: 925

Bildiyimiz kimi, Azərbaycanda "TikTok" sosial şəbəkəsi Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məhdudlaşdırılıb. Belə ki, buna səbəb "TikTok"da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub.

Bəs, Azərbaycanda "TikTok"a qoyulan məhdudiyyət nə vaxt aradan qaldırılacaq?

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Cavabda qeyd edilir:

""TikTok" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək".