07 May 2024
Azərbaycanda "TikTok" nə zaman açılacaq?

Azərbaycanda "TikTok" nə zaman açılacaq?

30 Oktyabr 2023
Baxış: 366

Bildiyimiz kimi, Azərbaycanda "TikTok" sosial şəbəkəsi Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məhdudlaşdırılıb. Belə ki, buna səbəb "TikTok"da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub.

Bəs Azərbaycanda “TikTok” sosial şəbəkəsinə qoyulan məhdudiyyətin aradan qaldırılacaq?

AJMEDİA.İNFO-nun məlumatına görə, məsələ ilə bağlı danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Referans.az-a bildirib ki, “TikTok”un bağlanması hazırda ölkədə aktual olan əsas məsələlərdən biridir:

“Hazırda hamı bu məsələ və bununla bağlı bəzi məsələlər ki var, onları izləməkdədir, çünki başqa-başqa bəzi problemlər var ki, davam etməkdədir. Eləcə də, "TikTok"un bağlı olması. Antiterror əməliyyatları bitməsinə rəğmən hələ də "TikTok"un bağlanması davam etməkdədir, amma tam olaraq hansı səbəblərdən baş verir və aidiyyatı qurumlar bunun davam etməsi ilə bağlı rəsmi bir açıqlama da vermir. Hələ də sözügedən proqramı VPN-lə istifadə etmək olur. Sadəcə olaraq hələki baxış keçirilir. Müəyyən bəzi profilaktik işlərin görülməsi ilə bağlı deyimlər var”.

Mütəxəssis qeyd edib ki, bəzi provayderlərdə TikTok botlanmasından istifadə etmək bəzi hallarda olur, bəzilərində isə olmur. Onun sözlərinə görə, əslində ölkədə aidiyyatı qurumlar TikTokla bağlı bir əməkdaşlığa meyl etsələr daha yaxşı olar: “Əsasən də azyaşlı yeniyetmələrin sağlam məlumatlanması ilə bağlı diqqət yetirilsə, həm bu məsələ nəzarət altına alınmış olar, həm də insanlar maarfiləndirilər. Eyni zamanda ortada olan qazancların vergiyə cəlb edilməsi baş verərsə, daha yaxşı olar”.