14 May 2024
Azərbaycanda tələbə məzun olduğu gün TOY ETDİ - VİDEO

Azərbaycanda tələbə məzun olduğu gün TOY ETDİ - VİDEO

26 İyun 2023
Baxış: 351

Bakı Humanitar Kollecinin tələbəsi məzun olduğu gün toy edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilir ki, şənlik 2 gün öncə - iyunun 24-ü qeyd olunub.

Məlumata görə, məktəbəqədər təlim və tərbiyə ixtisasının məzunu olan xanım eyni gündə həm də toyunu qeyd edib. Cütlük bəy-gəlin libasında məzun tədbirində iştirak etdikdən sonra toy mərasiminə qayıdıb.

Məzun günündə 2006-2016-cı illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə çalışmış Respublikanın Xalq artisti Gülyaz Məmmədova da iştirak edib və onlara mahnı həsr edib.

Sözügedən görüntüləri təqdim edirik.