13 May 2024
Azərbaycanda tanınmış infeksionist koronavirusdan ÖLDÜ - FOTO

Azərbaycanda tanınmış infeksionist koronavirusdan ÖLDÜ - FOTO

05 Oktyabr 2021
Baxış: 573

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov COVID-19-dan vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Uzun müddətdir koronavirusdan müalicə olunan həkimin terminal koma durumuna düşərək vəfat etdiyi bildirilir.

Qeyd edək ki, İ. Bayramov sentyabrın sonlarından 50% saturasiya göstəricisi ilə Zığ qəsəbəsində yerləşən FHN-in Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.