08 May 2024
Azərbaycanda sabiq nazir VƏFAT ETDİ - FOTO

Azərbaycanda sabiq nazir VƏFAT ETDİ - FOTO

17 Yanvar 2023
Baxış: 441

Sabiq nazir Namiq Nəsrullayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

AJMEDİA.İNFO-nun unikal-a istinadən məlumatına görə, o, həmçinin Hesablama Palatasının ilk sədri olub.

Qeyd edək ki, N.Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin olunub və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.