09 May 2024
Azərbaycanda sabiq baş həkimə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycanda sabiq baş həkimə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

05 Aprel 2024
Baxış: 297

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevə Səhiyyə Nazirliyində vəzifə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, unikal-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, Rauf Nağıyev Səhiyyə Nazirliyinin Səhiyyənin strategiyası sektorunun müdir müavini vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən azad edilmişdi. İşdən çıxarıldıqdan sonra isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə vermişdi.