12 May 2024
Azərbaycanda qəzaya uğrayan helikopterin "qara qutusu" ilə bağlı açıqlama- VİDEO

Azərbaycanda qəzaya uğrayan helikopterin "qara qutusu" ilə bağlı açıqlama- VİDEO

02 Dekabr 2021
Baxış: 690

"Helikopterin istehsalı haradırsa, "qara qutu" ora göndərilir. Bilirsiniz ki, "qara qutu" Kazan şəhərində helikopter istehsal olunan zavoda göndərilib. Bu tip helikopterlərdə iki "qara qutu" olur".

AJMEDİA.İNFO ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib:

"Belə hadisələrdə iki faktor irəli sürülür. Qəza və təxribat versiyası səsləndirilir. Hazırda tədqiqat gedir və hiss olunur ki, bu hadisə daha çox qəzadır".