14 May 2024
Azərbaycanda polis bədbəxt hadisə nəticəsində öldü - RƏSMİ

Azərbaycanda polis bədbəxt hadisə nəticəsində öldü - RƏSMİ

26 İyul 2021
Baxış: 711

Şamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

AJMEDİA.İNFO bildirir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.