15 May 2024
Azərbaycanda müəllim tələbə qızlara qiymət yazmaq üçün soyunmağı TƏKLİF ETDİ - ŞOK VİDEO

Azərbaycanda müəllim tələbə qızlara qiymət yazmaq üçün soyunmağı TƏKLİF ETDİ - ŞOK VİDEO

03 May 2022
Baxış: 1017

Azərbaycanda universitet müəllimi tələbə qızlara qiymət yazmaq üçün onlara əxlaqsız təxliflər edir.

AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə Space televiziyasının aparıcısı Amil Xəlil məlumat paylaşıb.

O, bildirib ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov universitetdə dərs keçdiyi qızlara qiymət yazmaq üçün utancverici təkliflər edib:

“Bir neçə qız bu təklifi qəbul etsə da, ona qarşı çıxanlar da olub. Belə ki, qızlardan biri onun bu əməlini ifşa etmək üçün video zəng görüntülərini qeydə alıb. Bu adam qızlara cinsi orqanını göstərir, onlardan da eyni görüntüləri tələb edir. Hətta bir neçə qıza görüntülərin "saxlanılmış" hissəsini yenidən onlara göndərir və "şantaj" işləri ilə məşqul olur. Belə müəllimlər heç bir təhsil ocaqlarında çalışmamalıdır. Utancverici görüntüləri səliqəli halda sizələrə təqdim edirəm. Bəzən bu kimi hallarda "montajdır” kəlməsi dilimizdən düşməz. Görüntülərə adi gözləbelə baxdıqda hər şey bəlli olur. İnanıram ki, bu adam layiqli cəzasını alacaq”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Manset.az-a bildirib ki, faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb. İddiaların təfərrüatları araşdırmalardan sonra məlum olacaqdır.