10 May 2024
“Azərbaycanda məmurların LGBT təmsilçilərinə böyük marağı var” – Psixoloqdan AÇIQLAMA

“Azərbaycanda məmurların LGBT təmsilçilərinə böyük marağı var” – Psixoloqdan AÇIQLAMA

29 Noyabr 2022
Baxış: 446

Bəzi ölkələrdə aşağı sinif şagirdləri üçün LGBT əlifbası çap olunur və dərslik kimi tədris olunur. Bu, gələcəkdə uşaqların daha tolerant, anlayışlı böyüməsi və LGBT cəmiyyəti haqda yetərli məlumatlara yiyələnmək məqsədilə həyata keçirilir.

Maraqlıdır, Azərbaycanda da həmin təcrünə tətbiq edilə bilərmi? Bunun uşaq psixologiyasına təsiri necə ola bilər?

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışanpsixoloq Roza Kərimli LGBT üzvlərinə marağın artdığını deyib:

“Ölkəmizdə bir müddət bu cəmiyyətin üzvlərinin varlığı gizlədilirdi. Lakin sonra baxdıq ki, LGBT təmsilçilərinə cəmiyyətin yüksək təbəqələrinin, hətta məmurların da marağı var. Azərbaycanda bu cəmiyyətə üzv olan bəzi şəxslər bədənlərini satdığı üçün əxlaqsız kimi görünürlər. Xaricdə isə mənzərə fərqlidir. Yəni Avropa ölkələrində elə savadlı şəxslər var ki, onlar LGBT üzvüdür. Azərbaycanda isə bu cəmiyyətin üzvləri pul qazanmaq marağında olduğu üçün onlar qəbul edilmir və onların davranışları milli və dini dəyərlərə ziddirlər. Odur ki, belə bir əlifbanın Azərbaycanda yaradılması böyük sensassiya olardı”.

Psixoloq LGBT üzvlərinin bizim cəmiyyətdə qıcıq yaratdığını qeyd edib:

“Bütün dünyadan fərqli olaraq ölkəmizdə LGBT üzvləri zorakılığa məruz qalır. Bunun səbəbi isə həmin şəxslərin insanların çoxillik ali dəyərlərinə zidd hərəkət etməsi, qıcıq yaratmasıdır. Sosial şəbəkələrdə də zorakılığa haqq verənlər az deyil. Lakin bu, doğru deyil, həmin insanların da yaşamaq hüququ var. LGBT üzvü olmaq normaldır, amma normal işin və yaşayışın da olması zəruridir. Bəzən uşaqların geyimlərində LGBT simvolu olan rənglər canlanır. Uşaqları şüuraltı olaraq bu cəmiyyətə hazırlayırlar. Buna görə diqqətli olmaq, bu hərəkata qoşulmamaq lazımdır. Məktəblərdə LGBT ilə bağlı maarifləndirməyə isə hazırda ehtiyac duyulmadığının qənaətindəyəm”.