14 May 2024
Azərbaycanda media haqqında yeni qanun ifadə azadlığını məhdudlaşdıracaq - Riçard Kozlariç

Azərbaycanda media haqqında yeni qanun ifadə azadlığını məhdudlaşdıracaq - Riçard Kozlariç

11 Fevral 2022
Baxış: 423

Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Twitter hesabında bu həftə İlham Əliyev təsdiqlənən Media Haqqında qanunla bağlı fikir bildib.

AJMEDİA.İNFO Turana istinadən bildirir ki, onun bildirdiyinə görə, bu qanun ifadə azadlığını daha da məhdudlaşdırmaq üçün nəzərdə tutulub.

"Qorxu realdır. Bu qanun ifadə azadlığını daha da məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Rejim Azərbaycandan kənarda heç kimin onların kleptokratik-avtokratiyasına sanksiya verməyəcəyinə inanır", deyə Kozlariç yazıb.